FİDE prezidenti: Elman Rüstəmovla lövhə arxasında da görüşməyə hazıram
08.05.2009 - 18:35
"Prezident kuboku"nda yetirmələrimin çıxışından razıyam. Onlar pis oynamırlar. Yaxşı başa düşürəm ki, bu uğurda sizin qonaqpərvərliyinizin böyük rolu var". Apasport.az saytının məlumatına görə, bu sözləri FİDE-nin prezidenti, "ÜNS" yaradıcılıq səhnəsində keçirilən "Prezident kuboku" yarışında dünya yığmasının kapitanı Kirsan İlyumjinov deyib.
Azərbaycan Şahmat Federasiyasının bir çox tədbirlərdə fəal iştirakından razı qalan İlyumjinov ölkəmizin bundan sonra da mötəbər yarışlara ev sahibliyi edə biləcəyindən danışıb: "Qadın şahmatçılar arasında Qran-Prinin bir mərhələsini Bakıda keçirmək niyyətindəyik. Vişvanatan Anand və Veselin Topalov arasında "Şahmat tacı" uğrunda görüşün Azərbaycanda keçirilmə ehtimalına gəlincə, bununla bağlı yekun qərar sentyabrda veriləcək. Təşkilatçı olmağa Rusiya və digər ölkələr də namizəddir"
FİDE prezidenti, həmçinin "Prezident kuboku"nda Azərbaycan yığmasına kapitanlıq edən şahmat federasiyamızın rəhbəri Elman Rüstəmovla lövhə arxasında da görüşməyə hazır olduğunu söyləyib.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0