Bakıda ədalətli oyunlarla bağlı İcraiyyə Komitəsinin iclası keçirildi
15.05.2009 - 18:16
Bu gün Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) İcraiyyə Komitəsinin iclası keçirib. Apasport.az saytının məlumatına görə, bununla bağlı qurumun 8 rəsmisi paytaxtımızda səfərdədir. İclasda AƏOH-un prezidenti Karlos Qonsalves (Portuqaliya), vitse-prezident Ərdoğan Arıpınar (Türkiyə), İcraiyyə Komitəsinin 6 üzvü - İoannis Psilopoulos (Yunanıstan), Kristian Blareu (Fransa), Cerar Miroslav (Sloveniya), Katarina Raczova (Slovakiya), Kristian Hinterberqer (Avstriya) və Lottas Çaralambos (Kipr) iştirak ediblər.
AƏOH rəsmilərinin sabah Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) üzvləri ilə birgə Milli Olimpiya Komitəsinin inzibati binasında iclası təşkil ediləcək. Qonaqlar paytaxtımızda olduqları müddətdə AzƏOK-un gördüyü işlərlə yaxından tanış olacaqlar, onlara bu qurumun fəaliyyətini, ölkəmizdə idmanın inkişafını əks etdirən videolentlər və fotostendlər göstəriləcək.
Əcnəbilərin Bakı səfəri mayın 17-də yekunlaşacaq.
Xatırladaq ki, AƏOH-un İcraiyyə Komitəsinin iclasının ölkəmizdə keçirilməsi 2008-ci ilin oktyabrında Avropa Ədalətli Oyunlar Komitəsinin Baş Assambleyasında qərara alınıb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0