Aleksandr Səmədov Rusiya millisində debüt etdi
08.10.2011 - 01:02
Aleksandr Səmədov Rusiya millisində debüt etdi
İlk dəfə Rusiya millisinə dəvət alan soydaşımız Aleksandr Səmədov qonşu ölkənin yığmasında debüt matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Səmədov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Slovakiya ilə çətin oyuna çıxan Rusiya millisinin 1:0 hesabı ilə qalib gəldiyi matçın 90-cı dəqiqəsində meydana daxil olub.

Həmyerlimiz bu oyunda vurulan yeganə qolun müəllifi Alan Zaqoyevi əvəzləyib. Bununla da, Səmədovun Azərbaycan millisində oynamayacağı rəsmiləşib.