Oyunçu aparsın, amma keltlər yox...
13.11.2012 - 14:10
DÇ-2014-ün seçmə mərhələsinə İsraildən Bakıda bir xal qoparmaqla başlayan millimiz sonrakı 2 oyununda qrupun favoritlərinə uduzdu. Həm Portuqaliya, həm də Rusiyayla görüşlərdə qapı qarşısında təhlükəli qol vəziyyətləri yarada bilməyən yığmamız ancaq rəqibin hücumlarını zərərsizləşdirməklə məşğul oldu ki, bu da bizə heç nə vermədi. Sadəcə, portuqaliyalılarla 64, ruslarla oyunda isə 84 dəqiqə dözdük.
Bu seçmə mərhələdə yalnız ilk hissələri 0:0 hesabıyla saxladığımıza görə öyünə bilərik. Bir sözlə, inkişaf var. Ancaq İsrail, Portuqaliya və Rusiyayla matçlarda yığmamızdan nəsə gözləməyə dəyməzdisə, indi "bab"larımızla oyunda qələbə qazanmağa məhkumuq. Hərçənd, inanmıram ki, indi Azərbaycanda hansısa bir futbol azarkeşi "səfərdə Şimali İrlandiyanı mütləq məğlub edəcəyik" utopik fikriylə sinəsinə döysün. 21 illik futbol tariximizdə komandamız seçmə mərhələlərdə yalnız 1 dəfə səfərdən qələbəylə qayıdıbsa, nəyi qoyub, nəyi axtarırıq? Ona görə də milli Belfasta xal qazanmaq ümidiylə yollanır. Yəni Şimali İrlandiyadakı oyundan heç-heçəylə qayıtsaq, papağımızı göyə atmalıyıq.
Sabah "Vindzor Park"dakı matçda təbii ki, Şimali İrlandiya favoritdi. Düzü, bu oyuna indi proqnoz vermək bir qədər çətindi. Bu matç bir təxminən 2 ay öncəyə təsadüf etsəydi, Lüksemburqun Belfastdan xalla döndüyünü yada salıb ümidli danışa bilərdik. Amma təxminən 1 ay öncə Şimali İrlandiyanın səfərdə Portuqaliyayla heç-heçə etdiyini yada salanda, əyləci basmaq məcburiyyətində qalırıq. Həqiqətən də təzadlı komandaya qarşı oynayacağıq. Lüksemburqu uda bilməyən, Portuqaliyaya uduzmayan - gəl, indi nəticəni tap!
Belə bir deyim var: "Əzrayıl son nöqtəni qoyana qədər "vergül"lə yaşamağa davam et". Ona görə də hakimin final fitini səsləndirməsinə qədər gəlin ümidlə yaşayaq. Yaxşısı budu, indidən rəqibimizi yaxından tanıyaq.
Təbii ki, heyət amilinə nəzər salsaq, Şimali İrlandiya millisinin futbolçularının Berti Foqtsun komandasından daha sanballı olduğunu söyləyə bilərik. Təsadüfi deyil ki, Maykl O’Nilin yığmaya cəlb etdiyi oyunçuların əksəriyyəti İngiltərənin müxtəlif divizionlarında top qovur. Premyer Liqada mübarizə aparan irlandlara gəlincə, bu mənada "Mançester Yunayted", "Fulhem", "Sauthempton" və "Nyukasl"ın futbolçularını fərqləndirə bilərik. Bu millidə "Olimpiakos"un qapıçısı Roy Kerroll, "MY"in müdafiəçisi Conni Evans, "Fulhem"in arxa xətt oyunçusu Aaron Hyuz, "Nyukasl"ın yarımmüdafiəçisi Şeyn Ferqyusson və "Syon"un hücumçusu Kayl Laffertini xüsusi fərqləndirmək olar.
Əlbəttə, adlar futbolda böyük məna kəsb etsə də, hər şey demək deyil. Eləyə qalsa, Kriştianu Ronaldo Şimali İrlandiyayla Portuqaliyadakı matçdan sonra meydanı 3 xal sevinci ilə tərk edərdi. Hədər yerə bu nümunəni gətirmədik. Məsələ ondadı ki, bir millət kimi irlandlar həmişə ruhla oynamağı və sona qədər döyüşməkləri ilə ad çıxarıb. Yəqin ki, tarix elmiylə yaxından maraqlananlar irlandların keltlərin törəməsi olduğunu yaxşı bilir. Kelt xalqının nə dərəcədə döyüşkən olmasını isə izah etməyə ehtiyac yoxdu.
Ümumiyyətlə, keltlər tarix boyunca Avropanın ən mübariz xalqlarından biri sayılıb. Bu xüsusiyyət onların futbol meydanındakı taktika və strategiyasına da sirayət edib. Hazırda əski günlərindən uzaqda olsa da, vaxtıyla Şimali İrlandiya DÇ-nin final mərhələlərinə qədər yüksəlib. Təkcə bu ölkənin Corc Best kimi əfsanəvi futbolçusunun olduğunu nəzərə alsaq, kifayətdi.
Bəli, pis və yaxşı dövrlərində də sona qədər oynadıqları və rəqiblərindən çəkinmədiklərinə görə irlandlara alqış düşür. Halbuki, bizim futbolçularımızda irlandlara məxsus bu xüsusiyyət olmayıb. Söhbət 90 dəqiqə qapalı futbol oynayıb 11 nəfərlə öz cərimə meydançamızda bitməkdən getmir. Foqtsun hazırda yığma komandamıza aşıladığı belə futbolun irlandlarla heç bir bağlılığı yoxdu.
İrlandların döyüşkənliyini deyəndə təkcə müdafiə olunmasını qabartmırıq. Bu yığma həm də normal hücum qura bilir və hesabda geriyə düşdükdən sonra toparlanaraq rəqibi geriyə çəkilməyə də məcbur edir. Nə olsun ki, indi əski dönəmlərindən uzaqdadılar. DÇ-2006-nın seçmə mərhələsində də Şimali İrlandiya millisi elə də güclü komandalardan sayılmırdı. Ancaq onlar Belfastdakı matçda yığmamızı 2:0 hesabıyla məğlub edə bilmişdisə, Bakıdakı oyun qolsuz heç-heçəylə başa çatmışdı. O vaxt indiki vəziyyətindən yüksəkdə qərarlaşmayan komandaya 4 xal verib onlara heç qol vura bilməmişiksə, həmin dönəmlə müqayisədə biz elə də "artırmamışıq".
Deməli, ümidli danışmağa əsasımız yoxdu.
Amma klub futbolu səviyyəsində üstün olduğumuz ölkədən yığma səviyyəsində də geriyə qalmağa haqqımız yoxdu. Çünki nəticə planında son vaxtlar Şimali İrlandiya millisi düz-əməlli nəticə qazana bilmir. Təsadüfi deyil ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Estoniya millisi Belfastda bu rəqibini 2:1, evdə isə 4:1 hesabıyla üstələyə bilmişdi. Ümumiyyətlə, Şimali İrlandiya millisinin nəticələrindən danışdıqsa, gəlin, yaxın tarixə baş vuraq.
Öncə onu qeyd edək ki, Maykl O’Nilin yetirmələri 2012-ci ildə keçirdiyi heç bir oyunda qələbə sevinci yaşaya bilməyib. "Yaşıllar" bu il Finlandiya (3:3), Lüksemburq (1:1) və Portuqaliya millisi (1:1) ilə heç-heçə edibsə, Norveçə (0:2), Hollandiyaya (0:6) və Rusiyaya (0:2) uduzub.
Yəqin ki, diqqətinizi çəkdi: irlandlar bu il qol vurduqları oyunun heç birində uduzmayıblar. Böyük ehtimalla, bu tendensiya Azərbaycan millisiylə oyunda da təkrarlanacaq. Çünki hücum qurmaqda çətinlik çəkən Foqtsun komandasının Belfastda ən azı 2 qol vurması inandırıcı görünmür. Təbii ki, qrupun autsayderi Lüksemburqla ev oyununda qələbəni sona 2 dəqiqə qalmış əldən verən "keltlər" Azərbaycanla matçda bu səhvi təkrarlamaq istəməzlər. Onlar bizi də evdə udmasalar, qrup sonuncusu olmaq təhlükəsiylə üz-üzə qala bilərlər.
Amma yenə də gəlin, ümidli danışaq. Məsələ ondadı ki, bu il qələbə üzünə həsrət qalan Şimali İrlandiya millisi 2011-ci ildə yalnız bir dəfə qələbə sevinci yaşayıb. Belə ki, irlandların yeganə qələbəsi də avqustun 10-da Farer adalarıyla ev oyununa (4:0) təsadüf edib. Maraqlıdı ki, həmin oyundan sonra irlandlar ardıcıl keçirdiyi 6 oyunda uduzub.
Göründüyü kimi, son illər problemlərdən yaxasını qurtara bilməyən komandanı dağın başına qaldırmaq olmur. Şimali İrlandiya millisi general yox, sıravi əsgərdi. Amma Foqtsun komandası da silahsız döyüşçüyə bənzəyir. Kamran Ağayev, Rəşad Sadıqov, Aqil Nəbiyev, Cavid İmamverdiyev və Mahir Şükürovun yoxluğunda Belfastda rəqibə necə atəş açıb-açmayacağımızı oyun saatı göstərəcək.
Nə deyirik, oyunçu aparsın, amma Şimali İrlandiya yox...

0
0