“Qarabağ”ın futbolçusu Abdullah Zubir açıqlama verib.
Apasport.az xəbər verir ki, Fransanın “Lequipe” nəşrinə danışan yarımmüdafiəçi Bakıdakı həyatından söz açıb:
“Azərbaycanda futbol sevilir. Bir çox insan məni küçədə görəndə saxlayır. Hansısa narahatlıq hiss etmirəm. Dəniz sahili ərazidə yaşayıram və burda çoxlu restoranlar var. Həyat Fransadakı kimi yaxşıdır. Dinclik və təhlükəsizlik baxımından əladır”.
Zubir “Qarabağ” barədə bunları deyib: “Bura gələndə xüsusi kluba imza atdığını bilirsən. Məşqçimiz komandanın, Qarabağın tarixini izah edib. Bilirik ki, müharibə səbəbindən klub Bakıya köçürülüb”.
Fransalı oyunçu “Qarabağ”ın avrokuboklardakı oyunlarından da bəhs edib: “Arsenal”, “Bayer”, “Tottenhem”, “Vilyarreal” kimi klublara qarşı oynamışam. Lakin Çempionlar Liqasında heç vaxt olmamışam. İki dəfə pley-off mərhələsində dayanmışıq. “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb