AFFA Hacıyevi milliləşdirməkdə israrlıdır
25.11.2024 - 18:18
AFFA Hacıyevi milliləşdirməkdə israrlıdır

AFFA “Metallist 1925” klubunun üzvü Ramik Hacıyevi aşağı yaş qruplarından ibarət yığma komandalarımıza cəlb etmək istəyir.

Apasport.az saytına verilən məlumata görə, son dəfə Hacıyev AFFA-nın təklifindən imtina edib.

Belə ki, o, Ukrayna yığmasında oynamaq istədiyini bildirib. 

Amma yarımmüdafiəçi Hacıyevi “yola gətirmək”, yığma komandamıza cəlb etmək üçün onunla danışıqlara başlayıb. AFFA 19 yaşlı futbolçu üçün təkliflər irəli sürüb. Əslən Azərbaycandan olan futbolçu yaxın vaxtlarda konkret cavabını federasiya rəsmilərinə verəcək.

Hacıyevin “Metallist 1925” komandası ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. “Rux”un yetirməsi “Dnipro-1”də oynadıqdan sonra hazırkı komandasına keçib. O, Ukraynanın U-19 yığmasının üzvüdür.

0