AFFA ölkə xaricində yaşayan azərbaycanlı futbolçuları milli komandalarımıza cəlb etmək istəyir.
Apasport.az saytına verilən məlumata görə, federasiya indi də Qazaxıstanda dünyaya gələn və əslən Azərbaycandan olan Raul Allahverdiyevlə maraqlanır.
Qurum aşağı yaş qruplarından ibarət yığma komandalarımızda oynamaq üçün onu yola gətirmək niyyətindədir. Belə ki, bir müddət əvvəl AFFA-dan dəvət alsa da, bundan imtina edən və Qazaxıstan yığmasında oynamağı seçən 18 yaşlı futbolçuya federasiya tərəfindən yenidən təklif göndərilib.
Mərkəz hücumçusu Qazaxıstanın U-17 yığmasının formasını geyinib.
“Jenis” yetirməsi olan Allahverdiyev hazırda “Okjetpes”də icarə əsasında oynayır. Dekabrda isə o, müqavilə ilə məxsus olduğu “Jenis”ə qayıdacaq.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb