AFFA "Fakel"in qapıçısı Vitali Qudiyevi milliləşdirmək fikrindədir.
Apasport.az saytına verilən məlumata görə, bir neçə il AFFA-nın təklifinə müsbət yanaşmayan Qudiyevin Rusiya millisində oynamaq üçün bu addımı atmadığı bildirilir.
Məlumata görə, AFFA onunla danışıqlar aparır. Vitalinin bu təklifə konkret cavabı hələ ki, bəlli olmayıb.
Qudiyevin "Fakel"lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
"Alaniya"nın yetirməsi olan Qudiyev "Terek" (indiki "Axmat"), "Ximki" komandalarında oynayıb. O, 2023-cü il iyulun 1-də "Fakel"ə keçib.
Əlavə edək ki, Vitali vaxtilə millimizin qapısını qorumuş Kazimir Qudiyevin oğludur.