“Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
14.03.2025 - 20:55
“Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasının XXVII turu start götürüb.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.  

"Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Şamaxı"nı qəbul edib. 

Gərgin keçən qarşılaşmada qapılara 2 top vurulub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Misli Premyer Liqası

XXVII tur

19:00. "Araz-Naxçıvan" - "Şamaxı" 1:1

Qollar: B. Dias, 39, C. Hüseynov, 68

Baş hakim: Rauf Cabarov

"Liv Bona Dea Arena"

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 10. Bernardo Dias, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba
Baş məşqçi: Elmar Baxşıyev

“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov