"Araz-Naxçıvan" daha bir əsas futbolçusunun müqavilə müddətini artırmaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi yayda heyətə cəlb etdiyi Ramon Maçadonu buraxmaq niyyətində deyil.
Belə ki, onunla daha bir illik müqavilə imzalanacaq. Braziliyalı forvardın özünün də komandada qalmaq istəyində olduğu bildirilir.
Xatırladaq ki, 33 yaşlı hücumçu yayda Malayziyanın "Sabah" klubundan "Araz-Naxçıvan"a keçib. O, əvvəllər ölkəmizdə "Neftçi" və "Qəbələ" klublarında çıxış edib. Bununla yanaşı, forvard "Vila Nova", " Parana", "İtuano", "Santo-Andre" kimi klublarda oynayıb.