"Araz-Naxçıvan"ın legioneri milliyə çağrılıb
31.10.2024 - 15:34

"Araz-Naxçıvan" klubunun moldovalı qapıçısı Kristian Avram ölkəsinin yığmasına dəvət alıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı oyunçu noyabrın 11-dən 20-dək millinin düşərgəsində olacaq.
Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Millətlər Liqasında Andorra ilə qarşılaşacaq. Komanda bundan üç gün sonra Cəbəllütariqlə yoxlama matçında qüvvəsini sınayacaq.
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- AFFA-da klub nümayəndələri ilə görüş keçirilib
0
0