“Araz-Naxçıvan”ın legioneri: “Qollarımın ardı gələcək”
02.11.2024 - 10:54
“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Premyer Liqanın XII turunda “Neftçi”ni məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, komandasının yeganə qolunu vuran braziliyalı hücumçu sosial şəbəkə hesabında bunları yazıb:
“Komandama bir qolla kömək etdiyim üçün çox şadam. Vacib qələbə qazandıq, hər kəsi təbrik edirəm. Məhsuldar ötürmə üçün Ramon Maçadoya minnətdaram. 6 oyunda 6 qol vurmuşam və düşünürəm ki, ardı olacaq”.
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Neftçi"ni 1:0 məğlub edib.
0
0