Arda Gülər "Fənərbaxça"ya qayıtmaq istəyir
12.11.2024 - 17:54
Türkiyə millisinin və “Real Madrid” komandasının futbolçusu Arda Gülər “Fənərbaxça”ya qayıda bilər.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin Madrid təmsilçisində ehtiyatda qalmasıdır.
İstedadlı futbolçu daha çox oyun praktikası qazanmaq üçün qış transfer dövründə icarə əsasında başqa kluba keçmək istəyir. O, artıq bu istəyini “kral klubu”nun rəhbərliyinə də çatdırıb.
Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 12 matçda 307 dəqiqə meydanda olub
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0