Avropa Liqası: “Qarabağ” Londondan xalsız dönür - YENİLƏNİB
27.09.2024 - 01:29
Avropa Liqası: “Qarabağ” Londondan xalsız dönür - YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk oyunda “Tottenhem”lə qarşılaşıb.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Londonlular 3:0 hesablı qələbəyə sevinib.

Avropa Liqası
Liqa mərhələsi, I tur

26 sentyabr

23:00. "Tottenhem" (London) – "Qarabağ" 3:0
Qol: Brennan Conson, 12, Pape Matar Sarr, 52, Dominik Solanke, 68
Qırmızı vərəqə: Radu Draquşin, 7
Qolla nəticələnməyən penalti: Toral Bayramov, 58
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min.
Baş hakim: Villi Delajo (Fransa)
“Tottenham Hotspur Stadium”.

1