Avropa Liqası: Toralın qolu həftənin ən yaxşısı seçilib
08.11.2024 - 17:01

"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Bodo-Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Cinah oyunçusunun dəqiq zərbəsi azarkeşlərin səsverməsindən sonra birinci olub.
Liqa mərhələsinin IV turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgün idi.
Qeyd edək ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
- Aqil Nəbiyev: "Uşaqlar buna görə əziyyət çəkirlər"
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə
- Məqsəd İsayev üçün əlamətdar matç
0
0