Misli Premyer Liqasının XIV turunun "Sumqayıt" - "Şamaxı" matçından (2:1) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
"Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün şəhərin 75 illiyi idi. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Yaxşı mübarizə gedirdi. Oyun baxımından razı qaldım. Sadəcə bir xalı çıxarmalıydıq. Çox təəssüf ki, qapımızda yenə penalti gördük. Top təsadüfən futbolçumuzun əlinə dəydi. Ondan qabaqkı epizodu qola çevirsəydik, hər şey başqa cür olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşacağıq. Çempionat gərgin keçəcək".
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb