Azərbaycan Kuboku: Yarımfinalçılar bəlli olur - YENİLƏNİR
05.03.2026 - 11:27
Azərbaycan Kuboku: Yarımfinalçılar bəlli olur - YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.

"Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Oyun saat 14:30-da başlayacaq. 

"Qəbələ" evdə "Sabah"la qarşılaşacaq. Matç saat 18:00-da start götürəcək. 

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
5 mart (cümə axşamı)
14:30. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Yevlax şəhər stadionu
İlk oyun - 1:0

18:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
İlk oyun - 0:0