Azərbaycan millisi Sloveniya yığmasına qarşı
23.05.2025 - 08:16
Azərbaycan millisi Sloveniya yığmasına qarşı

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start veriləcək.

Apasport.az xəbər verir ki, bu gün daha 8 qarşılaşma baş tutacaq.

A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi komanda ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.

C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək.

Dünya çempionatı

Qrup mərhələsi

II tur

23 may

A qrupu

12:45. Mavritaniya - Bəhreyn
20:45. Sloveniya - Azərbaycan

B qrupu

14:00. Fransa - Özbəkistan
16:30. Çad - Rumıniya

C qrupu

15:15. İngiltərə - Macarıstan
19:30. Ukrayna - Türkiyə

D qrupu

18:15. Bolqarıstan - Hindistan
22:00. Portuqaliya - Slovakiya