Əvəzedicilər Liqası: 2024/25 mövsümünün qalibi bəlli olur
23.05.2025 - 15:35
Əvəzedicilər Liqası: 2024/25 mövsümünün qalibi bəlli olur

Bu gün Əvəzedicilər Liqasında 2024/25 mövsümünün qalibi məlum olacaq.

Apasport.az xəbər verir ki, sonuncu turda lider “Sabah-2” “Neftçi-2” ilə üz-üzə gələcək. Görüşə saat 18:00-da start veriləcək.

Hər iki komandanın aktivində 68 xal var. Şəxsi oyunlara görə “Sabah-2” birinci pillədə qərarlaşıb.

Bu səbəbdən “Bayquşlar”a heç-heçə də sərf edib. “Neftçi” isə mütləq qələbə üçün meydana çıxacaq.