Bosniya və Herseqovinanın Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli olub
28.10.2024 - 14:27
Bosniya və Herseqovinanın Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli olub

Futzal üzrə Bosniya və Herseqovina millisinin Azərbaycan yığmasına qarşı keçirəcəyi yoldaşlıq matçları üçün heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, baş məşqçi Qoran Melher toplanışa 18 futzalçı dəvət edib.

Bosniya və Herseqovina komandası noyabrın 2-də oyunların keçiriləcəyi Zenitsa şəhərində toplaşacaq.

Rəqibin heyəti: Darko Milanoviç, Seyad İbrişimoviç, Samir Qosto, Edvin Bosniç (hamısı "Bubamara"), Davor Arnautoviç, Adnan Kalaydiç, Draqan Edi Mariç, Bilal Yeliç, Mario Aladziç, Amir Baruçij (hamısı "Mostar"), Yosip Sesar, Yosip Başkoviç, Senad Poraçanin (hamısı "Vrqoraç", Xorvatiya), Muanis Duvnyak, Faruk Brkaniç (hər ikisi "Sarayevo"), Deyan Pavloviç (Brod), Srcan İvankoviç ("Torpedo", Rusiya), Amer Deliç ("Sloqa Qornyi Vakuf"/"Uskoplye").

Qeyd edək ki, oyunlar noyabrın 4-ü və 5-də Zenitsa şəhərində yerləşən Huseyn Smayloviç adına arenada, yerli vaxtla saat 19:00-da start götürəcək. Azərbaycan millisi səfərə noyabrın 3-də çıxacaq.

0