Cavid Hüseynov "Turan Tovuz"u tərk etdi - Paytaxt klubuna gəlir
11.11.2024 - 17:48
"Turan Tovuz" məşqçisi Cavid Hüseynovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Onun "Səbail"ə keçmək ehtimalı barədə daha öncə məlumat vermişdik. Hüseynovun bu addımı isə dediklərimizi təsdiqləyir.
Böyük ehtimalla yaxın günlərdə mütəxəssisin "dənizçilər"ə keçidi barədə rəsmi məlumat da veriləcək.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0