Coşqun oynadı, komandası zirvəyə yüksəldi
10.11.2024 - 20:29
Türkiyə 1-ci Liqasında XII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" da növbəti matçına çıxıb.
Komanda "Bolsupor"u qəbul edib. 2:0 hesablı qələbə qazanan "Bandırmaspor" liderliyə yüksəlib.
Start heyətində yer alan Diniyev 68-ci dəqiqədə əvəzlənib.
0
0