Rusiyada keçiriləcək dünya çempionatına qatılacaq yığma komandaların neçə futbolçusunun öz ölkəsində oynadığı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda İngiltərə liderdi.
Belə ki, Qaret Sautqeytin mundiala apardığı 23 futbolçunun hamısı yerli çempionatlarda çıxış edir. Cədvəldə ikinci yerdə Rusiya, üçüncü sırada Səudiyyə Ərəbistanı yer alıb. Onlar müvafiq olaraq, 2 və 3 legionerə güvənəcəklər.
Seneqal və İsveç yığmalarında isə ölkəsində çıxış edən futbolçu yoxdu. Bu komandalar dünya çempionatında digər liqalarda çıxış edən oyunçulara güvənəcək.
|
Ölkə |
Yerli liqalar |
Xarici liqalar |
|
İngiltərə |
23 |
0 |
|
Rusiya |
21 |
2 |
|
Səudiyyə Ərəbistanı |
20 |
3 |
|
İspaniya |
19 |
4 |
|
Almaniya |
15 |
8 |
|
Cənubi Koreya |
12 |
11 |
|
İran |
9 |
14 |
|
Fransa |
9 |
14 |
|
Meksika |
8 |
15 |
|
Yaponiya |
8 |
15 |
|
Misir |
8 |
15 |
|
Portuqaliya |
6 |
17 |
|
Kosta-Rika |
6 |
17 |
|
Tunis |
5 |
18 |
|
Peru |
5 |
18 |
|
Polşa |
4 |
19 |
|
Serbiya |
3 |
20 |
|
Panama |
3 |
20 |
|
Danimarka |
3 |
20 |
|
Kolumbiya |
3 |
20 |
|
Braziliya |
3 |
20 |
|
Avstraliya |
3 |
20 |
|
Argentina |
3 |
20 |
|
Uruqvay |
2 |
21 |
|
Mərakeş |
2 |
21 |
|
Xorvatiya |
2 |
21 |
|
İsveçrə |
1 |
22 |
|
Nigeriya |
1 |
22 |
|
İslandiya |
1 |
22 |
|
Belçika |
1 |
22 |
|
İsveç |
0 |
23 |
|
Seneqal |
0 |
23 |
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb