De Bleker bu dəfə təəccübləndirdi: "Penalti qərarı yanlışdır"
28.10.2024 - 17:46
De Bleker bu dəfə təəccübləndirdi: "Penalti qərarı yanlışdır"

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turundakı oyunlarda baş vermiş mübahisəli epizodlarla bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, qurum rəsmisi "Qarabağ" - "Şamaxı" matçında (3:0) qeydə alınan penaltinin doğru qərar olmadığını söyləyib:

“Turan Tovuz” – “Kəpəz”

13-cü dəqiqə: 
Cərimə meydançasının daxilində “Turan Tovuz”un 25 nömrəli oyunçusu (Denis Marandiçi) və “Kəpəz”in 70 nömrəli futbolçusu (Nicat Süleymanov) arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim “Turan Tovuz”un oyunçusunun sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etməmək qərarını qəbul etdi.
Hər kontakt qayda pozuntusu deyildir…
Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik.
Bu vəziyyətdə VAR mudaxiləsi edilmir.

15-ci dəqiqə: 
“Turan Tovuz” komandasının 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və qol hakim tərəfindən təsdiqləndi.
VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. 
VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi.

56-cı dəqiqə: 
“Turan Tovuz” komandasının 9 nömrəli oyunçusu (kapitan Kristian da Silva) top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusu etdi.
Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki “Turan Tovuz”un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmamaq qərarını düzgün qəbul etdi.
Oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır - qayda pozuntusu açıq-aşkar və düşüncəsiz manerada olmalıdır (“Turan Tovuz” komandasının 9 nömrəli oyunçusu 55-ci dəqiqədə sarı vərəqə aldı).

Qarabağ - Şamaxı
48-ci dəqiqə:
Hakim “Qarabağ” komandasının lehinə penalti qərarını verir.
VAR görüntüləri izləyir və hakimin qərarını təsdiqləyir. 
Bu, səhv qərardır. 
Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi.

0