Emreli het-trik etdi, “Nürnberq” qələbə qazandı - YENİLƏNİB
18.05.2025 - 19:19

Almaniya II Bundesliqasında XXXIV turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" də növbəti matçına çıxıb.
Komanda "Ayntraxt Braunşvayq"la qarşılaşıb.
Mahir görüşə start heyətdə başlayıb. O, 10, 20 və 45-ci dəqiqələrdə fərqlənərək komandasının heyətində het-trik etməyi bacarıb.
Qeyd edək ki, oyun "Nürnberq"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
0
0