Əsas millimizin ardınca onlar da bunu bacardı - YENİLƏNİB
19.11.2024 - 16:16
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununu keçirib.
Apasport.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gəlib.
Ötən gün Estoniya millisi ilə qolsuz heç-heçə edən əsas millinin ardınca U17 yığmamız da rəqiblə bərabərliyə razı olub - 1:1. Komandamızın heyətində Əlibəy Mahmudov 82-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.
0
0