“Qarabağ” klubuna dəvətə görə təşəkkür edirəm".
Apasport.az-ın xəbərinə görə, bunu COP29 çərçivəsində Futbol Klublarının İqlim naminə Alyansının açılışı tədbirində tanınmış türkiyəli mütəxəssis Fatih Terim bildirib.
Fatih Terim deyib ki, klubun baş məşqçisi Qurban Qurbanovla söhbət etmək imkanı olub. O, “Qarabağ”ın baş məşqçisinə xüsusi hörməti olduğunu vurğulayıb: “Futbol Klublarının İqlim naminə Alyansına daha çox klubun qatılacağına inanıram. COP29 Bakıda yüksək səviyyədə təşkil olunub. Can Azərbaycana həmişə qardaşcasına gəlmişəm, çox böyük hörmət görmüşəm. Diqqətə görə Can Azərbaycana və xalqına çox təşəkkür edirəm”.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb