Ferdi Kadıoğlu zədələnib
12.11.2024 - 10:18
Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlunun zədəsi ilə bağlı son vəziyyət bəlli olub.
Apasport.az xəbər verir ki, "Brayton"da çıxış edən futbolçunun sol ayaq barmağının oynağında kapsulyar yırtıq aşkarlanıb.
Milli futbolçunun zədə səbəbindən 1 ay formadan uzaq qalacağı gözlənilir. Ferdi Kadıoğlunun zədəsini əməliyyatsız həll etmək mümkün olmasa, bu müddətin 2 aya çatacağı gözlənilir.
25 yaşlı futbolçu zədə səbəbindən komandasının "Mançester Siti" ilə son matçını buraxıb.
Kadıoğlu "Fənərbaxça"dan "Brayton"a keçdikdən sonra bütün turnirlərdə 11 matça çıxıb və 3 qol vurub.
0
0