Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
05.11.2026 - 12:54
Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı

“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında Madrid klubunun çalışdırıcıları arasında ən yüksək qələbə faizinə malik mütəxəssis olub.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis turnirin əsas mərhələsinin IV turunda AEK-ə qarşı keçirilən və 3:2 hesabı ilə başa çatan görüşdə 28-ci qələbəsini qazanıb.

Mourinyo “Real”a rəhbərlik etdiyi müddətdə Çempionlar Liqasında ümumilikdə 40 matça çıxıb. O, bu görüşlərin 70 faizində qələbə qazanıb.

Beləliklə, ən azı 10 oyunda “Real”a rəhbərlik etmiş baş məşqçilər arasında ən yüksək göstəriciyə imza atan Mourinyo Karlo Ançelottini geridə qoyub.