"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq
20.11.2024 - 10:58
"Kəpəz"in futbolçuları Elmir Tağıyevlə İlkin Qırtımov əməliyyat olunacaq.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əzələ qopmasından əziyyət çəkən Tağıyev İstanbulda, Qırtımov isə Bakıda əməliyyat ediləcək. İlkinə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub.
Hər iki oyunçunun bərpa müddəti 3 həftə çəkəcək.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0