Mahirdən məhsuldar ötürmə, komandası məğlub oldu - YENİLƏNİB
22.11.2024 - 23:28
Mahirdən məhsuldar ötürmə, komandası məğlub oldu - YENİLƏNİB

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında bu gün növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, sözügedən komanda səfərdə “Paderborn” ilə qarşılaşıb.

Görüş Emrelinin komandasının məğlubiyyəti ilə nəticələnib - 2:3.

Mahir matça start heyətində başlayıb və sonadək meydanda olub. Millimizin üzvü "Nürnberq"in ilk qolunda pay sahibi olub. O, həmin topun məhsuldar ötürməsini verib.

“Nürnberq” 12 turdan sonra 18 xalla 7-ci sıradadır.

22 noyabr

Bundesliqa 2

21:30. “Paderborn” - “Nürnberq” 3:2

0