Millimiz hesabı bərabərləşdirdi - YENİLƏNİR
30.03.2026 - 20:35
Millimiz hesabı bərabərləşdirdi - YENİLƏNİR

Bu gün Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində final görüşünü keçirəcək.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

Azərbaycan millisi bundan əvvəl Sent Lüsiya yığmasına 6:1 qalib gəlmişdi.

“FIFA Series-2026”

19:00 Azərbaycan – Syerra Leone 1:1
Qollar: R. Məmmədov, 72 - D. Kanu, 28
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu