Millimizin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
30.10.2024 - 11:33
Millimizin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin Bosniya və Herseqovinada yerli komandaya qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti bəlli olub.

Apasport.az xəbər verir ki, bu bərədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Vitali Borisov 14 futzalçıya dəvət göndərib.

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire)

Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (U-19)

Qeyd edək ki, yığma noyabrın 3-dən 6-dək sözügedən ölkədə təlim-məşq toplanışında olacaq. Yoldaşlıq matçları noyabrın 4-də və 5-də keçiriləcək.

0