"Neftçi" "Qəbələ" ilə oyunun hazırlığını başa vurdu
17.09.2026 - 21:39
“Neftçi” Misli Premyer Liqasının VI turunda qarşılaşacağı “Qəbələ” klubu ilə matçın hazırlığını başa vurub.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Komandanın üzvləri hazırlıq prosesindən sonra səfərə yola düşüblər.
Qeyd edək ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 17:30-da başlanacaq.
0
0