“Neftçi”də 5 itki
22.11.2024 - 20:48
“Neftçi” Misli Premyer Liqasının XIV turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını başa vurub.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Komanda “Zirə” ilə matça itkilərlə çıxacaq. Azər Salahlı, Andre Şinyaşiki, Emin Mahmudov və Dembo Darbo zədə səbəbindən, Kilan Lebon isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, noyabrın 23-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Zirə” matçı saat 19:00-da başlanacaq.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0