“Neftçi”nin ikinci yoxlama oyununun vaxtı bəlli olub
21.07.2025 - 12:01

“Neftçi” iyulun 22-də Polşa təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” yerli “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək oyun “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “ağ-qaralar” digər sınaq matçlarında iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.
- Portuqaliya klubundan "Qarabağ"a 3-cü dəfə rədd cavabı: HÜCUMÇU TRANSFERİ YARIMÇIQ QALDI
- Renat Dadaşov debüt etdi, komandası qələbə qazandı
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- "Şamaxı" "Karvan"la üz-üzə - YENİLƏNİR
- Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
0
0