Premyer Liqa klubu millimizin üzvünü istəyir
18.11.2024 - 16:17
Premyer Liqa klubu millimizin üzvünü istəyir

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin Albaniyadakı performansı ona olan diqqətləri daha da artırıb.

Apasport.az saytına verilən məlumata görə, yayda Portuqaliyanın “Eştrela Amadora” klubundan təklif alsa da, “Eqnatiya”da qalmağa üstünlük verən müdafiəçiyə bu dəfə Azərbaycandan təklif gəlib. 

“Qarabağ”, “Araz-Naxçıvan” komandalarında oynamış U-21 yığmamızın da sabiq üzvünə “Zirə” maraq göstərir.

Qəsəbə təmsilçisi hazırda “Eqnatiya”da əsas heyət üzvü sayılan və millinin son iki toplanışına dəvət alan Əliyevi qışda heyətinə qatmağı planlaşdırır. Bu keçidin baş tutub-tutmayacağı isə qışda dəqiqləşəcək.

Qeyd edək ki, “Eştrela Amadora” Zamiqi heyətinə qatmaq istəyib. Amma onlar millimizin üzvünün azad agent kimi komandaya keçməsini təklif edib. Əliyevin Albaniya klubu ilə müqaviləsi olduğundan transfer baş tutmamışdı. Lakin portuqallar Zamiq üçün yeni sezonun əvvəlində yenidən addım atacaqlarını bildiriblər.

Əlavə edək ki, 23 yaşlı futbolçu yayda “Eqnatiya”ya keçib və onun Albaniya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

0