Belçikanın Lyoven şəhərində “Grand Chess Tour” seriyasının I mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışda blits növünə start verilib.
Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov ilk 9 turda qələbəyə həsrət qalıb. Vişvanatan Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa) və Fabiano Karuana (ABŞ) ilə heç-heçə edən qrossmeysterimiz Levon Aronyan (Ermənistan), Aniş Qiri (Hollandiya), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ) və Sergey Karyakinə (Rusiya) məğlub olub.
Nəticədə xal ehtiyatını 12-yə çatdıran həmyerlimiz turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Bu növdə II dövrənin qarşılaşmaları bu gün olacaq.
Qeyd edək ki, Məmmədyarov 12 xaldan 8-ni rapid növündə toplayıb və bu mübarizədə 6-cı olub.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb