Rəşad Eyyubov Portuqaliya ilə oyunöncəsi mətbuat qarşısına çıxacaq
25.03.2026 - 18:27
Rəşad Eyyubov Portuqaliya ilə oyunöncəsi mətbuat qarşısına çıxacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə oyunu öncəsi açıq məşq keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məşq martın 26-da saat 13:45-də “Palms Sports Arena”da baş tutacaq.

Məşqdən əvvəl – saat 13:30-da isə U-21 yığmamızın baş məşqçisi Rəşad Eyyubovun iştirakı ilə brifinq təşkil olunacaq.