"Roma" sabiq baş məşqçisi ilə razılaşıb
13.11.2024 - 11:36
“Roma” Klaudio Ranyerini baş məşqçi təyin etməyə yaxındır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin Roma klubuna qayıtmasına bir addım qalıb. Belə ki, tərəflər 2025-ci ilin yayına qədər olan müqavilə bağlamağa yaxındırlar.
Qovulan İvan Yuriçin yerini italiyalı çalışdırıcı tutacaq. Ranyeri əvvəllər “Roma”ya rəhbərlik edib (2009-2011, 2019).
Ranyeri ötən mövsüm başa çatdıqdan sonra “Kalyari”dən ayrılaraq məşqçilik karyerasını başa vurduğunu açıqlasa da, 5 aydan sonra yenidən qayıdacaq kimi görünür.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0