"Sabah" "Kəpəz"lə matça itki ilə çıxacaq
04.11.2024 - 13:31
“Sabah” Misli Premyer Liqasının 13-cü turunun oyununa itki ilə çıxacaq.
Apasport.az xəbər verir ki, Masazır təmsilçisinin futbolçusu Coy-Lens Mikels "Kəpəz"lə görüşü buraxacaq.
Almaniyalı futbolçu Misli Premyer Liqasının 12-ci turunda “Sumqayıt”la (1:0) görüşün 62-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Beləliklə, Mikels növbəti turda “Kəpəz”lə oyunda meydana çıxmayacaq.
Qeyd edək ki, “Sabah” – “Kəpəz” görüşü noyabrın 9-da keçiriləcək və görüşüə 19:30-da start veriləcək.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0