“Sabah”ın futbolçusu Premyer Liqada yubiley matçı keçirib
11.11.2024 - 11:49
Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Sabah”ın futbolçusunun yubileyi Misli Premyer Liqasının XIII turuna təsadüf edib.
29 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.
Premyer Liqada 2015/16 mövsümündə debüt edən Tellur 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.
Qeyd edək ki, Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.
- “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
0
0