"Sabah"ın Konfrans Liqasındakı rəqibi məğlub olub
28.06.2024 - 15:54

"Sabah"ın Konfrans Liqasının II Təsnifat mərhələsindəki rəqibi "Makkabi" yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Apasport.az xəbər verir ki, Hayfa klubu Petah Tikva "Makkabi"si ilə qarşılaşıb.
Oyun Petah Tikvalıların qələbəsi ilə yekunlaşıb - 3:1
Qeyd edək ki, "Sabah" "Makkabi"yə qarşı ilk oyununu iyulun 25-də səfərdə keçirəcək. Cavab matçı 1 həftə sonra Bakıda olacaq.
1
0