"Sabah"ın legionerindən yubiley qolu
25.11.2024 - 10:14
Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.
Apasport.az xəbər verir ki, 30 yaşlı almaniyalı legionerin yubileyi Misli Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.
O, komandasının bərabərlik qolunun müəllifi olub.
Coy-Lens Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.
0
0