
Şahin Diniyevlə yollarını ayıran “Səbail”in yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Apasport.az-ın əldə etdiyi məlumata görə, komandanın yeni çalışdırıcısı da yerli olacaq.
Klub rəhbərliyi əcnəbi məşqçi gətirməyi düşünmür. Hazırda sözügedən posta ən real namizəd Adil Şükürovdur.
“Dənizçilər” mütəxəssisin xidmətində hələ sentyabrdan maraqlıdır. Tərəflər ötən ay görüşsə də, razılığa gələ bilməyiblər.
“Səbail”in yenidən Şükürovun qapısını döyəcəyi bildirilir.
Adil Şükürovdan başqa posta namizədlər arasında Cavid Hüseynov, Füzuli Məmmədovun və Tərlan Əhmədovun da adlarını görmək mümkündür.
Qeyd edək ki, Diniyev 2022-ci ildən “dənizçilər”ə rəhbərlik edirdi.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO