
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da, Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.
Apasport.az xəbər verir ki, hər iki mərasim oyundan bir gün əvvəl baş tutacaq. Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun media nümayəndələri ilə görüşü noyabrın 15-də, saat 10:45-də olacaq.
15 noyabr
Azərbaycan milli komandası
10:45. Mətbuat konfransı
11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Estoniya milli komandası
16:45. Mətbuat konfransı
17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- AFFA-da klub nümayəndələri ilə görüş keçirilib