Belçikanın Lyoven şəhərində “Grand Chess Tour” seriyasının I mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışda rapid növünə yekun vurulub.
Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov son 3 turda müvafiq olaraq, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə üz-üzə gəlib. Qrossmeysterimiz ilk 2 rəqibi ilə heç-heçə etdiyi halda, digərinə məğlub olub.
Beləliklə, 9 turdan 9 xal toplayan (qaydalara əsasən xallar ikiqat hesablanır) Məmmədyarov 10 şahmatçı arasında 6-cı olub. İlk pilləni ondan 5 xal çox yığan Uesli So (ABŞ) tutub.
Qeyd edək ki, turnirin son 2 günündə şahmatçılar blits növündə mübarizə aparacaqlar.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb