"Bizim üçün çox gözəl təcrübə oldu. Belə bir komandaya qarşı oynamaq sevindirici idi".
Bu sözləri apasport.az saytına açıqlamasında "Şəmkir"in baş məşqçisi Ceyhun Əhmədov deyib.
Mütəxəssis "Şamaxı" ilə matçı dəyərləndirib: "Şamaxı"nı qələbə münasibətilə təbrik edir, növbəti matçlara uğurlar arzulayıram. Futbolçuları bu matça çox fərqli kökləmişdik. Premyer Liqa təmsilçisinə qarşı oynayanda özlərini ən yaxşı tərəfdən göstərmək istəyirlər. Səhvlərimizi gördük, bunların üzərində işləyəcəyik. II Liqada daha uğurlu olmağa çalışacağıq. Hədəflərimiz yüksəkdir. I Liqaya yüksəlmək niyyətindəyik. Qış "transfer pəncərəsi"ndə heyətimizi daha da gücləndirəcəyik".
Qeyd edək ki, Azərbaycan kubokunun II təsnifat mərhələsinin matçı "Şamaxı"nın qələbəsi ilə nəticələnib - 6:1.
İsmayıl Xeyrullayev
- Tarik Elyunussi: "Qarabağ" qalib gələ bilər, "Lion"un problemləri var"
- "Qarabağ" azarkeşlərini kədərləndirən xəbər : Juninyonu izləməyə gəlirlər
- “Araz-Naxçıvan”ın daha bir futbolçusu məşqlərə başlayıb
- "Neftçi" - "Qarabağ" oyununun hakim təyinatları bəlli oldu
- Abdullah Zubir: “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”