“Sumqayıt” – “Araz Naxçıvan” matçının biletləri satışda
27.08.2024 - 14:17
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində 30 avqust, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Araz Naxçıvan” qarşılaşmasının biletləri artıq satışdadır.
Apasport.az xəbər verir ki, biletləri “iticket.az” saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan 1 gün öncə saat 15:00-20:00 arası, oyun günü isə 14:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.
“Sumqayıt” 4 turdan sonra 6 xalla 5-ci sıradadır. “Araz-Naxçıvan” isə 4 xalla 8-cidir.
- Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb
- Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”a uğurlar arzulayıb
- “Qəbələ”nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
- "Tottenhem"ə qarşı oynamış sabiq "Qarabağ"lı: "O gündən bu günə çox şey dəyişib"
- Millimizin oyununun vaxtı dəyişdirilib
0
0