
Norveç millisinin sabiq futbolçusu, vaxtilə “Qarabağ”da oynamış Tarik Elyunissi apasport.az saytına açıqlama verib.
Veteran futbolçu Avropa Liqasının 4-cü turunun “Bodo-Qlimt” – “Qarabağ” görüşü haqda danışıb.
Elyunissi Ağdam klubunun qələbəsinin onun üçün sürpriz olmadığını bildirib:
“Oyuna stadiondan canlı baxmasam da, telekanal vasitəsilə ilk dəqiqədən sona qədər izlədim. Həqiqətən, çox maraqlı və gərgin oyun keçdi. Belə olacağı da dəqiq idi. Çünki hər iki komanda yaxşı futbol oynayan, yüksək tempdə, dinamik futbol oynamağı sevəndir. Düzünü desəm, matçdan öncə düşünürdüm ki, “Bodo-Qlimt” evdə çox güclüdür. Burada meydançanın ot örtüyü amili də var idi. Ancaq “Qarabağ” bütün bunlara rəğmən səfərdə çox önəmli qələbə qazandı. “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Ümidvaram ki, komandam qarşıdakı matçlarda da uğurlu nəticələr qazanaraq pley-off mərhələsinə yüksələcək.”
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
- Aqil Nəbiyev: "Uşaqlar buna görə əziyyət çəkirlər"
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə
- Məqsəd İsayev üçün əlamətdar matç